Bugünkü tədbirdə çıxış edən “Azerinteltek”in İdarə Heyətinin
sədri Ahmet Sezer Premyer Liqaya sponsorluq etdiklərindən məmnun olduğunu söyləyib:
“Bu gün ötən mövsümün aprel və may aylarının ən yaxşı oyunçularını
mükafatlandıracağıq. Bu çempionatın sponsoru olmaqdan qürur duyuruq. Bu
əməkdaşlığın uzun illər davam etməsini istəyirik. Gələcəyin bizim üçün uğurlu
olacağına inanıram. Bütün klublara yeni mövsümdə uğurlar arzulayıram”.
|