![](uploads/rmspeechcoverphoto.jpg) Bu gün Topaz Premyer Liqasının 2014/2015 mövsümünün püşkatma mərasimi
keçirilib. Tədbiri giriş sözü ilə açan PFL-in prezidenti Ramin Musayev “Neftçi”nin
Sloveniya “Koper”inə məğlubiyyətindən də danışıb:
“Avrokuboklarda iştirak edən komandalarımıza uğurlar arzu
edirəm. “Neftçi”nin oyunundan narahat olmağa dəyməz. “Neftçi”
səfərdə öz sözünü deməyi bacarır. Gəlin əlimizi üzməyək. “Qarabağ” və “İnter”in
ardınca “Neftçi”nin də bizi sevindirəcəyinə inanıram”.
|