![](http://www.pfl.az/uploads/UEFA.jpg) Avropa
Liqasının ikinci təsnifat mərhələsində mübarizə aparan “İnter” və “Neftçi” komandaları
növbəti mərhələyə keçəcəkləri təqdirdə qarşılaşacaqları cütlüklər müəyyən olundu.
İlk oyunda səfərdə İsveçin “Elfsborq” klubunu məğlub edən “İnter” “Neman” (Belarus)/”Hafnarfyordur”
(İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.
İlk
oyunda Sloveniyanın “Koper” klubuna məğlub olan “Neftçi” isə mərhələ adlayacağı
təqdirdə “Bursaspor” (Türkiyə)/ “Çixura” (Gürcüstan) cütünün qalibi ilə
qarşılaşacaq.
|