![](uploads/bestplayercoverphoto.jpg) Topaz Premyer Liqasında 2013/2014 mövsümünün aprel və may aylarının ən yaxşı
futbolçularının adları açıqlanıb. “İnter”in yarımmüdafiəçisi Derlis Meza Kolli
aprel ayının, “Qarabağ”ın hücumçusu Reynaldo isə may ayının ən yaxşı oyunçusu
seçilib.
Aprel ayında ən yaxşı qolun müəllifi “Qarabağ”dan Riçard
Almeyda olub. May ayında vurulmuş ən gözəl qolun müəllifi isə “Xəzər Lənkəran”dan Sadio
Tounkaradır.
|