![](http://www.pfl.az/uploads/Smqyityeni.jpg) Yeni
mövsüm üçün təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” FK hazırlığın 2-ci
mərhələsi üçün Türkiyənin Kartepe bölgəsinə gedib. “Green Park Resort Kartepe”
otelində məskunlaşan “Sumqayıt” klubu iyulun 29-u vətənə qayıdacaq. Aqil Məmmədovun
yetirmələri Türkiyədə 5 yoxlama oyunu keçirəcək. Klub iyulun 17-də İranın “İstiqlal
Əhvaz” klubu ilə qarşılaşmalı idi, lakin həmin tarixdə adıçəkilən klubla yox, “Perspolis”
klubu ilə qarşılaşacaq. Bundan başqa, iyulun 20-də Özbəkistan çempionu “Bünyodkor”,
23-də Türkiyənin “Manisaspor” və 25-də Türkmənistanın “Altın Asır” klubu ilə
qarşılaşacaq.
|