![](http://www.pfl.az/uploads/Smqyityeni.jpg) Yeni
mövsümə hazırlıqlarını davam etdirən “Sumqayıt” klubu toplantının ilkin mərhələnin
son yoxlama oyununu keçirib. Aqil Məmmədovun yetirmələri “Rəvan” klubu ilə
qarşılaşıb. Qarşılaşma “gənclər şəhəri”təmsilçisinin 2-0 hesablı üstünlüyü ilə
başa çatıb. Bu görüşdə Vurğun Hüseynov və Məhəmməd Qurbanov fərqləniblər.
Xatırladaq
ki, “Sumqayıt” klubu təlim-məşq toplanışının ikinci mərhələsini iyulun 15-dən
29-dək Türkiyənin Kartepe bölgəsində keçirəcək.
|