Bu gün Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Mübarizəyə qoşulacaq komandalar sırasında Topaz Premyer Liqasının gümüş və bürünc mükafatçıları - "İnter" və "Qəbələ" klubları var. "Qəbələ" ilk oyunda doğma meydanda Bosniya və Herseqovinanın "Şiroko Briyeq" klubunu qəbul edəcək. "İnter" isə səfərdə Moldovanın "Tiraspol" klubunun qonağı olacaq.
Avropa Liqası, birinci təsnifat mərhələsi. ilk oyunlar 20:00 "Qəbələ" - "Şiroki Briyeq" 22:00 "Tiraspol" - "İnter"
|