![](uploads/Smqyityeni.jpg) Topaz Premyer Liqasının 2014/2015-ci il mövsümünə hazırlaşan
“Sumqayıt” klubu yay təlim-məşq toplanışının 2-ci mərhələsini Türkiyənin Kartepe
bölgəsində keçirəcək. İyulun 15-dən 28-dək davam edəcək toplanışda “gənclər şəhəri”nin
təmsilçisi 5 yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda iyulun 17-də İranın “İstiqlal
Əhvaz”, 20-də isə Özbəkistan çempionu “Bünyodkor”la üz-üzə gələcək. Digər 3 rəqibin
kimliyi hələ bilinmir.
Qeyd edək ki, transfer çalışmalarını davam etdirən “Sumqayıt”
daha bir futbolçu ilə müqavilə imzalayıb. “Sumqayıt”dakı çıxışı ilə diqqətləri
çəkən, ardından “Xəzər Lənkəran”a transfer olunan Orxan Əliyev yeni mövsümdən 1
illik icarə əsasında “Sumqayıt”da çıxış edəcək.
|