![](uploads/simurqyeniloqo.jpg) “Simurq” iyunun 27-dən yeni mövsüm hazırlıqlarına Sloveniyada start verəcək. İlk mərhələdə hazırlıq planına uyğun olaraq əsasən fiziki gücün
bərpası və artırılmasında ibarət məşqlər keçiriləcək. Zaqatala təmsilçisi
iyulun 6-da, 9-da və 12-də yoldaşlıq görüşlərinə çıxacaq. Sonuncu yoxlama
matçından bir gün sonra isə komanda ölkəyə qayıdacaq.
“Simurq”un yay təlim-məşq toplanışının ikinci mərhələsinə
iyulun 17-də start veriləcək. Avstriyada planlaşdırılan hazırlıq avqustun 1-nə
qədər davam edəcək. Bu hazırlıq dövründə isə komanda beş yoldaşlıq görüşü keçirməyi
planlaşdırır.
|