![](uploads/xezer.jpg) Yeni mövsüm hazırlıqlarını Türkiyədə davam etdirən “Xəzər Lənkəran”
klubu müdafiəçi Aleksandr Şemonayevlə müqavilə imzalayıb. Ötən mövsüm AZAL-ın
heyətində çıxış etmiş sol cinah müdafiəçisi daha əvvəl “Simurq” və “Abşeron”
komandaların formasını geyinib. 29 yaşlı futbolçu ilə bir illik müqavilə
imzalanıb.
Bundan əlavə “Xəzər Lənkəran” bu yay müqaviləsi başa çatan Alvaro
Silva, Adrian Pit, Nikola Qliqorov və Deyvid Sakkoni ilə yollar ayrılıb.
Zohair Benouahi və Slavik Alxasovla müqavilələrə isə qarşılıqlı şəkildə xitam
verilib.
|