![](uploads/UEFA.jpg) Bu
gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının ilk və ikinci təsnifat mərhələsinin
püşkü atılacaq. Püşkatma müvafiq olaraq Bakı vaxtı ilə saat 16:00-da və
17:30-da baş tutacaq. Bu yarışda ölkəmizi təmsil edən “İnter” və “Qəbələ”
klubları ilkin təsnifat mərhələsindən, ölkə kubokunu qazanan “Neftçi” isə
ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.
Artıq
“İnter” və “Qəbələ” klublarının potensial rəqibləri də məlumdur. Səpələnmiş
komandalar sırasında yer alan bakılılar Andorranın “Sent Culia”, Moldovanın “Tiraspol”,
Maltanın “Hibernians”, Gürcüstanın “Sioni” və ya Monteneqronun “Çelik” klubu
ilə qarşılaşa bilər.
Azərbaycan
kubokunun finalçısı “Qəbələ” klubunun potensial rəqibləri isə aşağıdakılardır:
“Şaxtyor”
(Qazaxstan), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Birkirkara” (Malta), “Vaduz”
(Lixtenşteyn), “Çixura” (Gürcüstan).
|