![](uploads/uefadraw.jpg) Bu
gün Bakı vaxtı ilə saat 15:00-da İsveçrənin Nyon şəhərində 2014/2015-ci il mövsümü
Çempionlar Liqasının püşkatma mərasimi keçiriləcək. Ölkəmizi Çempionlar
Liqasında təmsil edəcək “Qarabağ” bu gün rəqibini biləcək. Ağdam təmsilçisinin
potensial rəqibləri də bilinir. Qurban Qurbanovun yetirmələri Lüksemburqun “Düdelanj”,
Norveçin “Strömsqodset”, İrlandiyanın “Sant-Patriks Atletik”, Maltanın “Valletta”
və ya Litvanın “Jalgiris” klubu ilə qarşılaşa bilər.
|