![](uploads/qabalayeni.jpg) Sloveniyada yay təlim-məşq toplanışında olan “Qəbələ” artıq ilk
məşqinə çıxıb. Klubdan verilən məlumata görə, ilk hazırlıq məşqçi Sənan
Qurbanovun başçılığı altında baş tutub. Gündəlik 2 məşqlə hazırlığını davam etdirəcək
əyalət təmsilçisinin heyətində Kamran Ağayev, Rail Məlikov, Elnur
Allahverdiyev, Daniel Subotiç və Viktor Mendi yer almır. Adıçəkilən futbolçular
bazar günü komandanın düşərgəsində olacaq. Elə həmin gün “qırmızı-qaralar” ilk
yoxlama oyununda yerli “Stoynitsa” ilə qarşılaşacaq.
|