![](uploads/19cuturrekord.jpg) Ötən
mövsümün statistik göstəricilərinə əsasən Topaz Premyer Liqasında ikili mübarizələrdə
“Bakı” klubunun futbolçuları daha uğurlu olub (52%). Bakılılar əsasən yerdəki
mübarizələrdə uğurlu olublarsa, “Xəzər Lənkəran” futbolçuları hava mübarizələrində
hamını üstələyib (orta hesabla 54%). Paytaxtın eyniadlı komandası həm də top
itkilərində (120) və top ələ keçirmədə (79), həmçinin müdafiədə (58%) və
hücumda (48%) qazanılan ikili mübarizələrdəki göstəricilərə görə öndədir.
|