![](uploads/azalyeni.jpg) AZAL 2013/2014-cü il mövsümünü 18 qələbəsiz oyunla başa vurub.
2013-cü il dekabrın 20-də “Neftçi”ni 2:1 hesabı ilə məğlub edən paytaxt təmsilçisi
2014-cü ildə qələbə qazana bilməyib. Bununla da bakılılar Azərbaycan çempionatlarının
22 illik tarixinin 15 ən uzun qələbəsiz seriyalar sırasına düşüb.
Bu siyahıya isə hərəyə 32 matç qalib gələ bilməyən
“Şəfa” və “Dinamo” başçılıq edir. AZAL-a qədər sonuncu böyük uğursuz 20 oyun
qələbə qazana bilməyən “Kəpəz” olmuşdu. Gəncəlilər ötən mövsüm belə halla
üzləşmişdi. AZAL bu seriyalar arasında MOİK və “Muğan”la eyni göstəriciyə malik
olub 13-15-ci yerlərə şərik çıxıb.
|