![](uploads/21ssrevan.jpg) Topaz Premyer Liqasının 36-cı – sonuncu turu
çempionatın iki autsayderi üçün əlamətdar olub. Son pillələrdə qərarlaşan
“Sumqayıt”la “Rəvan” yüksək dəstədə yubiley – 100-cü matçlarını keçirib.
2011-ci ildə Premyer Liqada debüt edən cütlük əvvəlki 2 mövsümdə 32, özlərinin
3-cü mövsümündə 36 çempionat matçına çıxıb. Hər iki komanda yubiley matçında 3
qol buraxıb. “Sumqayıt” “Qəbələ”yə 1:3, “Rəvan” “Bakı”ya 2:3 hesabı ilə uduzub.
Premyer Liqanı tərk edən “Rəvan” 100 oyunda 26
qələbə qazanıb, 25 heç-heçə edib və 49 dəfə uduzub. Bakılılar 107 top vurub və
156-nı buraxıb. Onlar 3 mövsümə ümumilikdə 93 xal toplayıb.
“Sumqayıt” isə 84 xalı 20 qələbə və 24 heç-heçə ilə
yığıb. 56 məğlubiyyəti olan komanda 85 qol vurub, 162-ni buraxıb.
|