![](http://www.pfl.az/uploads/pfl.jpg) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar
qəbul edilib:
Topaz Premyer Liqasının XXXVI turunun
AZAL – “İnter” matçının 87-ci dəqiqəsində “İnter” klubunun azarkeşləri tərəfindən
pirotexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimə olunur (maddə 52).
Topaz Premyer Liqasının XXXVI turunun
“Xəzər Lənkəran” – “Qarabağ” matçının 52 və 67-ci dəqiqələrində “Qarabağ”
klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün
klub 1000 manat cərimə olunur (maddə
52).
Topaz Premyer Liqasının XXXVI turunun
“Rəvan” – “Bakı” matçının 45+1-ci dəqiqəsində “Rəvan” klubunun məşqçisi Gündüz
Hindal texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün
1 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 62).
Topaz
Premyer Liqasının XXXVI turunun “Qəbələ” – “Sumqayıt” matçında “Qəbələ”
klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı
üçün klub 1000 manat cərimə olunur (maddə
40).
Oyunun 88-ci dəqiqəsində “Qəbələ”
klubunun baş məşqçisi Yuri Syomin texniki zona qaydalarını pozduğuna görə
meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 1000 manat cərimə
olunur (maddə 62).
Topaz
Premyer Liqasının XXXVI turunun “Simurq” – “Neftçi” matçının 45+1-ci dəqiqəsində
“Neftçi” klubunun 32 №-li futbolçusu Elvin Yunuszadə aqressiv hərəkətə görə 4
oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 38.3).
Oyunun
90+4-cü dəqiqəsində “Neftçi” klubunun 19 №-li futbolçusu Mirhüseyn Seyidova
aqressiv oyuna görə birbaşa qırmızı vərəqə göstərilmişdir. Lakin matçın
videoyazısını izlədikdə futbolçunun həmin epizodda rəqibə qarşı kobud
oynamadığı və hakimin epizodu düzgün
qiymətləndirmədiyi aşkar edilmişdir. Bu səbəbdən də, İntizam Komitəsi “Neftçi”
klubunun 19 №-li futbolçusu Mirhüseyn
Seyidova göstərilmiş qırmızı vərəqəni ləğv edir (maddə 19.2).
Hakimlər Komitəsi matçın hakimləri
haqqında lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat versin.
Əvəzedici
heyətlərin XXXVI turunun “Qəbələ” – “Sumqayıt” matçının 60-cı dəqiqəsində
“Sumqayıt” klubunun 4 №-li futbolçusu İsa Zeynallı idmançıya yaraşmayan hərəkətə
görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1
oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Əvəzedici
heyətlərin XXXVI turunun AZAL – “İnter” matçının 88-ci dəqiqəsində “İnter”
klubunun 5 №-li futbolçusu Cəmil Hacıyev idmançıya yaraşmayan hərəkətə görə
ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır,
klub 100 manat cərimə olunur (maddə 48).
Azərbaycan
I Divizionun XXX turunun “Turan-T” – “Neftçala” matçının 43-ci dəqiqəsində
“Turan-T” klubunun 17 №-li futbolçusu Aqşin Sadiqov idmançıya yaraşmayan hərəkətə
görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1
oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Azərbaycan
I Divizionun XXX turunun “Lokomotiv” – “Şahdağ” matçının 85-ci dəqiqəsində
“Lokomotiv” klubunun 18 №-li futbolçusu Kənan Cəfərov azarkeşlərə qarşı
qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 3 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1).
Azərbaycan
I Divizionun XXX turunun “Karvan” – MOİK matçının 25-ci dəqiqəsində MOİK
klubunun 1 №-li futbolçusu Elnur Hüseynov sonuncu ümid fouluna görə birbaşa
qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır,
klub 20 manat cərimə olunur (maddə 48).
Azərbaycan
I Divizionun XXX turunun “Kəpəz” – “Bakılı” matçında “Bakılı” klubunun iştirak
etmədiyi üçün kluba 0:3 hesablı texniki
məğlubiyyət verilir. Klub ikinci dəfə üzürlü səbəb olmadan oyunlarda iştirak
etmədiyi üçün növbəti mövsüm Azərbaycan I Divizionunda çıxış etmək hüququndan məhrum
edilir (maddə 56.3).
|