![](uploads/inter.jpg) Topaz
Premyer Liqasının son turunda AZAL “Şəfa”da “İnter”lə qarşılaşdı. Nominal qonaq
qismində olan “İnter” rəqibini 3-1 hesabı ilə məğlub etdi.
Tərlan Əhmədov, AZAL klubunun baş məşqçisi: “Mövsümün son oyununda bir neçə futbolçuya oynamaq şansı verdim. Xuan Fransisko və Orxan Səfiyaroğlunu sınadım. Hücumun kəsəri, vuran ayağımız yoxdur. Müdafiədə bəsit qollar buraxırıq. Yeni mövsümdən bir neçə gənc oyunçunu əsas heyətə cəlb edəcəyik. Baxışa bir neçə futbolçu cəlb edəcəyik. Onları toplanışın 3-cü dövründə, yoldaşlıq oyunlarında sınaycağıq”. Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi:
“Komandaları mövsümün bitməsi ilə təbrik edirəm. Son oyunu gözəl qələbə ilə
başa vurduq. Futbolçulara bu mövsüm göstərdikləri çalışqanlığa görə bir daha təşəkkür
edirəm. “Qarabağ” çempionluğa layiqli idi, biz də ikinciliyə. Komandanın mövsüm
boyu göstərdiyi futbol da xoşuma gəldi. Bugünkü oyunda əvəzedici heyətin
futbolçuları uğurlu çıxış etdilər. 90 dəqiqəni tam oynamaq iqtidarında
olmasalar da, əsas heyətin oyunçularını layiqincə əvəz edə bildilər.
Çempionatın səviyyəsi nəzərəçarpacaq dərəcədə artıb. Komandadan getmək istəyənlərə
uğurlar arzu edirəm. Artıq Ruslan Əmircanov komandanı tərk edib. Digər
futbolçular haqqında heç nə deyə bilmərəm. Təbii ki, komandadan futbolçuların
getməyi üzücü haldır. Komandanın əsas futbolçuları qalacaq. Lakin həyatda puldan
başqa digər amillər də var. Madriqalı qışda komandaya cəlb etdik, potensialına
inanırıq. Sürətlidir, hər iki ayağı ilə oynaya bilir. Qarşıdakı mövsümdə özünü
göstərəcəyinə inanıram. Flavio Junior və İvo Taborski də komandanı tərk edənlərdəndir.
Əsas heyətin 90% saxlayacağıq. Bir hücumçu ilə danışıqlarımızı davam etdiririk.
Bu cür güclü keçən çempionatda, güclü rəqiblərə qarşı oyunlarda qazanılan uğur
məni sevindirir. Mövsüm çox gərgin və yorucu oldu. Avroliqada uğurlu çıxış etmək
istəyirik”.
|