![](http://www.pfl.az/uploads/pfl.jpg) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul
edilib:
Topaz Premyer Liqasının XXXV turunun “Simurq” – “Xəzər Lənkəran” matçında
“Xəzər Lənkəran” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub
1000 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin XXXV turunun “İnter” – “Qəbələ” matçının 71-ci dəqiqəsində
“İnter” klubunun 24 №-li futbolçusu Fuad Bayramov idmançıya yaraşmayan hərəkətə görə ikinci
sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır,
klub 100 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin XXXV turunun “Bakı” – AZAL matçının 84-cü dəqiqəsində
“Bakı” klubunun 19 №-li futbolçusu Elşən Rzazadə idmançıya yaraşmayan hərəkətə
görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1
oyunluq cəzalanır, klub 100 manat cərimə olunur
(maddə 48).
Azərbaycan I Divizionunun XXIX turunun “Karvan” – “Turan-T” matçının
70-ci dəqiqəsində “Karvan” klubunun 3 №-li futbolçusu Cavid Heydərov idmançıya
yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə
48).
Azərbaycan I divizionunun XXX turunun “Araz Naxçıvan” – “Energetik”
matçının 90-cı dəqiqəsində “Energetik” klubunun 15 №-li futbolçusu Kamran
Lalayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə
37.1).
|