İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib: Topaz Premyer Liqasının XXXIV turunun “Qarabağ” – “İnter” matçının 75 və
80-ci dəqiqələrində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən
istifadə olunduğu üçün klub 1000 manat cərimə olunur (maddə 52).
Topaz Premyer Liqasının XXXIV turunun “Xəzər Lənkəran” – “Sumqayıt” matçında
“Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000
manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının XXXIV turunun AZAL – “Neftçi” matçının 58-ci dəqiqəsində
AZAL klubunun 26 №-li futbolçusu Kərim Diniyev idmançıya yaraşmayan hərəkətə
görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1
oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun 86-cı dəqiqəsində AZAL klubunun 5 №-li
futbolçusu Murad Ağayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq
meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat
cərimə olunur (maddə 37.1).
Topaz Premyer Liqasının XXXIV turunun “Rəvan” – “Simurq” matçının 73-cü dəqiqəsində
“Simurq” klubunun 2 №-li futbolçusu İlkin Qırtımov idmançıya yaraşmayan hərəkətə
görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1
oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin XXXIV
turunun “Rəvan” – “Simurq” matçında “Simurq” klubunun 6 futbolçusu sarı vərəqə
ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin XXXIV
turunun AZAL – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə
cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Azərbaycan I Divizionun XXV turunun təxirə
salınmış “Şuşa” – “Neftçala” matçında “Şuşa” klubunun 4 futbolçusu sarı vərəqə
ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
|