![](uploads/tpl16top11.jpg) Topaz Premyer Liqasının
34-cü turunun “İnter”lə oyununda 3 qol vurmaqla 4:1 hesablı qələbədə pay sahibi
olan Reynaldo Silva “Qarabağ”ın tarixinə düşüb. Braziliyalı legioner Ağdam
təmsilçisinin Azərbaycan çempionatları tarıxindəki rekordunu yeniləyib.
Cari çempionatda
qol sayını 22-yə çatdıran cənubi amerikalı “Qarabağ”ın heyətində bir mövsümdə
ən çox fərqlənən oyunçu ünvanına yiyələnib. Reynaldo 2003/04 mövsümündə 20
qolla çempionatın ən sərrast futbolçusu olan Samir Musayevin rekordunu 2 top
üstələyib.
Reynaldo həm də
ölkəmizdə bir mövsümdə ən çox qol vuran braziliyalı adına sahib çıxıb. O, ötən
mövsüm AZAL-da 21 qol vuran Junior Nildonun göstəricisini arxada qoyub. Premyer
Liqada ən çox qol vuran legionerlər arasında isə Reynaldo 2-cidir. Braziliyalı
elə ötən mövsüm 26 topa sevinən Nikolas Kanalesdən 4 top geri qalır. Çilili
bombardir rekorda “Neftçi”də imza atmışdı.
|