![](uploads/javidiqor100cuoyun.jpg) Topaz Premyer
Liqasının 34-cü turunda AZAL-la qarşılaşan “Neftçi”nin iki futbolçusu yubiley
matçını keçirib. İqor Mitreski və Cavid İmamverdiyev paytaxt klubunda 100-cü
çempionat qarşılaşmasına çıxıblar.
Bu görüşədək Premyer
Liqada hərəyə 99 dəfə “ağ-qaralar”ın şərəfini qoruyan cütlük yubiley matçında
qolsuz heç-heçəyə şahid olub.
2008/09
mövsümündə Hans Yurgen Gedenin əsas komandaya cəlb etdiyi 18 yaşlı Cavid 6 ilə
çatdığı 100 matçda 10 qol vurub. 2010/11 mövsümündə transfer olunan makedoniyalı
müdafiəçi isə 1 dəfə rəqib qapısına yol tapıb.
1992-ci ildə
start götürən ölkə çempionatları tarixində bunadək 17 futbolçu “Neftçi”də 100
və daha çox oyun keçirmişdi. Cavidlə İqor bu rəqəmi 19-a çatdırdı. Mitreski
2014-cü ildə 100-ə çatan Flavinyodan sonra “ağ-qaralar”ın heyətində 100-cü
matçını qeyd edən 2-ci legionerdir.
Qeyd edək ki,
Mitreskidən fərqli İmamverdiyev Premyer Liqada təkcə “Neftçi”də oynamayıb.
Cavid İmamverdiyev
mövsüm
|
klub
|
oyun
|
qol
|
2008/09
|
Neftçi (Bakı)
|
6
|
|
2010/11
|
Neftçi (Bakı)
|
23
|
2
|
2011/12
|
Neftçi (Bakı)
|
23
|
-
|
2012/13
|
Neftçi (Bakı)
|
23
|
5
|
2013/14
|
Neftçi (Bakı)
|
25
|
3
|
|
Cəm
|
100
|
10 |
İqor Mitreski
mövsüm
|
klub
|
oyun
|
qol
|
2010/11
|
Neftçi (Bakı)
|
30
|
1
|
2011/12
|
Neftçi (Bakı)
|
27
|
-
|
2012/13
|
Neftçi (Bakı)
|
27
|
-
|
2013/14
|
Neftçi (Bakı)
|
16
|
-
|
|
Cəm
|
100
|
1
|
|