![](uploads/400cuqol.jpg) Topaz Premyer
Liqasında 2013/14 mövsümünün 400-cü qolu vurulub. Yubiley qolu “Rəvan”la
“Simurq” arasındakı matçda qeydə alınıb. Oyunun 26-cı dəqiqəsində penaltidən
vurduğu topla paytaxt təmsilçisinə 1:0 hesablı qələbə qazandıran Xuan Manuel
Varea 34-cü turun və günün 8-ci qoluna imza atıb. Əvvəlki 33 turda 392 qol
vurulduğundan “Rəvan”ın argentinalı legionerinin topu cari mövsümün 400-cü qolu olub.
Maraqlıdır ki,
300-cü qol da bu komandaların oyununda vurulmuşdu. 3-cü dövrənin 25-cı turuna təsadüf edən oyunda Rəşad Eyyubov “Rəvan”ı
məyus etməklə yubiley qoluna imza atmışdı.
Qeyd
edək ki, mövsümün ilk qolunu avqustun 12-də “Qəbələ” ilə ev oyununda “Bakı”nın
litvalı legioneri Mindauqas Kalonas vurmuşdu. 100-cü qol AZAL-ın oyunçusu
Qərib İbrahimovun, 200-cü isə onun komanda yoldaşı Con Olureminin hesabındadır.
Onlar müvafiq olaraq 9-cu turun “Simurq” və 18-ci turun “Neftçi” ilə
qarşılaşmalarında fərqləniblər.
|