Topaz Premyer Liqasında 2013/2014-cü il mövsümünün çempionu məlum olub. 34-cü turda ən yaxın izləyicisi "İnter"lə qarşılaşan "Qarabağ" klubu rəqibini 4-1 hesabı ilə məğlub edərək 21 illik fasilədən sonra yenidən Azərbaycan çempionu adını qazanıb.
Peşəkar Futbol Liqası Ağdamın "Qarabağ" klubunu 2013/2014-cü il mövsümündə Topaz Premyer Liqasının çempionu olması münasibəti ilə təbrik edir, Çempionlar Liqasında ölkəmizi uğurla təmsil etməyi arzulayır!
|