![](uploads/xezer.jpg) Topaz Premyer Liqasının
34-cü turunda “Xəzər Lənkəran” doğma meydanda “Sumqayıt”ı məğlub etdi – 4:1.
Oğuz Çetin, “Xəzər Lənkəran”
klubunun məşqçisi: “Qalan oyunlarımızı ən yaxşı şəkildə oynamaq və qələbə
qazanmaq bizim üçün çox vacibdir. “Rəvan”la oyunda olduğu kimi, bu gün də ilk
hissədə, xüsusən də ilk 20-25 dəqiqə çox yaxşı oynadıq. Layiq olduğumuz nəticəni
əldə etdik. Hesab daha da böyük ola bilərdi. Amma mənim üçün vacib olan
futbolçuların verilən tapşırığı yerinə yetirməsi, oyundan zövq alması və
azarkeşlərə zövq yaşatmasıdır. Qarşıda iki oyunumuz var. “Simurq” və “Qarabağ”la
oyunlarda da yaxşı oynayıb, mövsümü yaxşı yerdə bitirmək istəyirik”.
Aqil Məmmədov, “Sumqayıt”
klubunun baş məşqçisi: ““Xəzər Lənkəran” bizi hərtərəfli üstələdi və layiqli qələbə
qazandı. Müdafiədə Vurğun Hüseynov, qapıda isə Andrey Popoviç olmasa idi hesab
daha da böyük ola bilərdi. Çox zəif oynadıq”.
|