![](uploads/revanyeniloqo.jpg) Topaz Premyer Liqasının
34-cü turunda “Rəvan” doğma meydanda “Simurq”u məğlub edərək turnir cədvəlinin
son pilləsindən qurtuldu – 1:0.
Güvenc Kurtar, “Rəvan”
klubunun baş məşqçisi: “Çətin oyun oldu, ilk hissədə 5 real qol imkanından
yararlana bilmədik. “Simurq”un heyətində yaxşı futbolçular var. Sona qədər
mübarizə apardılar. İkinci hissədə külək də sürətini artırdı, oynamaq daha da çətinləşdi.
Amma qələbəni əldən vermədik. Premyer Liqadan düşüb-düşməyəcəyimizi hələ
bilmirik. Sona qədər mübarizə aparacağıq. “Sumqayıt” da, “Rəvan” da çempionata
lazımlı komandadı”.
George Çixradze, “Simurq”
klubunun baş məşqçisi: “Oyun haqqında nə deyim? Özümüz penalti yaratdıq. Çox
qol imkanımız olsa da, cavab qolunu vura bilmədik. Futbolçumuza qırmızı vərəqə
göstərilən epizoda təkrar baxmalıyam. İlk baxışdan simulyasiyaya oxşayırdı”.
|