Unibank Premyer Liqasının XXVII turunun “Qəbələ” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Unibank Premyer Liqasının XXVII turunun “Rəvan” – “Simurq” matçında “Simurq” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Unibank Premyer Liqasının XXVII turunun “Neftçi” – “Bakı” matçının 70-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunur (maddə 52).
Unibank Premyer Liqasının XXVII turunun AZAL – “Sumqayıt” matçının 55-ci dəqiqəsində AZAL klubunun 17 №-li futbolçusu Viktor İgbekoyi hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 42.3).
Oyunun 74-cü dəqiqəsində “Sumqayıt” klubunun 15 №-li futbolçusu Tərlan Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Matçın 79-cu dəqiqəsində AZAL klubunun 5 №-li futbolçusu Aqil Nəbiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVII turunun “Rəvan” – “Turan” matçının 37-ci dəqiqəsində “Rəvan” klubunun 11 №-li futbolçusu Babək Nəbiyevlə 4 №-li futbolçusu Məhərrəm Müslümzadə aqressiv hərəkətə görə (bir-birinə zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 38.3).
Azərbaycan I divizionunun XXV turunun “Muğan” – MOİK matçında “Muğan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Azərbaycan I divizionunun XXV turunun “Şuşa” – “Energetik” matçında “Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Azərbaycan I divizionunun XXV turunun “Karvan” – “Neftçala” matçında “Neftçala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Azərbaycan I divizionunun XXV turunun “Lokomotiv” – “Şəmkir” matçında “Lokomotiv” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).