Azərbaycan kubokunun ½ final “Xəzər Lənkəran”
– “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı
üçün klub 1000 manat cərimə olunur (maddə
40).
Topaz Premyer
Liqasının XXXII turunun “Qəbələ” – “Simurq” matçının 83-cü dəqiqəsində “Simurq”
klubunun baş məşqçisi Georgi Çixradze texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır,
klub 1000 manat cərimə olunur (maddə 62).
Topaz Premyer
Liqasının XXXII turunun “Qarabağ” – “Neftçi” matçında “Neftçi” və “Qarabağ”
klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün
hər iki klub 1000 manat cərimə olunur (maddə
52).
Əvəzedici heyətlərin XXXII
turunun “Qarabağ” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə
ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin XXXII
turunun “Sumqayıt” – “Bakı” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə
ilə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərinin XXXII
turunun “İnter” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun 4
futbolçusu sarı vərəqə ilə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Oyunun 44-cü dəqiqəsində “İnter” klubunun 24
№-li futbolçusu Fuad Bayramov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100
manat cərimə olunur (maddə 48).
Azərbaycan I Divizionunun XXVII turunun
“Şahdağ” – “Qaradağ Lökbatan” matçının 69-cu dəqiqəsində “Qaradağ Lökbatan”
klubunun 27 №-li futbolçusu Ramal Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa
qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır,
klub 400 manat cərimə olunur (maddə 42.3).
Azərbaycan I Divizionunun XXVII turunun
“Kəpəz” – “Şəmkir” matçının 43-cü dəqiqəsində “Kəpəz” klubunun 25 №-li
futbolçusu Xəyal Zeynalovla “Şəmkir” klubunun 11 №-li futbolçusu Ramil Sadiqov
biri-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları
üçün futbolçular 3 oyunluq cəzalanır, klublar 200 manat cərimə olunur (maddə 42.3).
Azərbaycan I Divizionun XXVII turunun
“Bakılı” – “Neftçala” oyununun 82-ci dəqiqəsində
“Bakılı” klubunun 11 №-li futbolçusu Samir Mustafayev idmançıya yaraşmayan hərəkətə
görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1
oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Azərbaycan I Divizionun XXVII turunun
“Göyəzən” – “Mil-Muğan” oyununun 49-cu dəqiqəsində
“Mil-Muğan” klubunun 1 №-li futbolçusu Şöhrət Rəhimov sonuncu ümid fouluna görə
birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1
oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).