![](http://www.pfl.az/uploads/qarabagyeni.jpg) “Qarabağ” Azərbaycan çempionatları tarixində 900-cü qolunu vurub. 1992-ci ildən keçirilən milli çempionatların daimi iştirakçısı olan Ağdam təmsilçisi yubiley qolunu Topaz Premyer Liqasının XXXII turunun “Neftçi” ilə oyununda vurub. Bu topun müəllifi komandasına 1 xal qazandıran qolu vuran Muarem Muarem olub.
800-cü qolunu ötən mövsümün əvvəlində vuran “Qarabağ”a növbəti yubileyinə çatmaq üçün 20 ay lazım olub. Ağdamlılar çempionatdakı qol sayında yalnız “Neftçi”dən (1135 qol) geri qalır.
Əyalət təmsilçisi 540 qolu evdə, 345-ni səfərdə, 15-ni netral meydanlarda vurub. İndiyədək 621 matç keçirən və bunların 21-də texniki nəticə qeydə alınan “Qarabağ” 900-ə nəticəsi rəsmiləşən 600-cü matçında imza atıb. Bununla da komandanın orta məhsuldarlığı 1,50-yə bərabər olub.
“Qarabağ”ın çempionatdakı tarixi qolları N | Oyunçu | Rəqib | Yer | Dəq. | Mövsüm | Tarix | 1 | Mehman Alışanov | İnşaatçı (Sabirabad) | e | 4 | 1992 | 03.05.1992 | 100 | Səttar Əliyev | Xəzər (Sumqayıt) | e | 68 | 1993/94 | 30.09.1993 | 200 | Müşfiq Hüseynov | Kür-Nur (Mingəçevir) | e | - | 1995/96 | 01.10.1995 | 300 | Bəxtiyar Musayev | Neftçi (Bakı) | e | 64 | 1997/98 | 22.11.1997 | 400 | Elmir Xankişiyev | Şəfa (Bakı) | s | 13 | 1999/2000 | 03.04.2000 | 500 | Eldəniz Məmmədov | Şahdağ-Samur (Qusar) | s | 89 | 2003/04 | 13.09.2003 | 600 | Vasif Haqverdiyev | MOİK (Bakı) | e | 14 | 2005/06 | 29.04.2006 | 700 | Rəşad Sadiqov | Qəbələ (Qəbələ) | s | 78 | 2009/10 | 06.12.2009 | 800 | Rəşad Sadıqov | Sumqayıt (Sumqayıt) | s | 21 | 2012/13 | 19.08.2012 | 900 | Muarem Muarem | Neftçi (Bakı) | e | 51 | 2013/14 | 27.04.2014 |
1995/96 mövsümündə vurulan qolların dəqiqələri protokollarda qeyd olunmayıb.
|