![](uploads/tpl1.jpg) Topaz Premyer Liqasının 32-ci turunda “Sumqayıt”
doğma meydanda “Bakı” ilə qarşılaşdı. Ev sahibi komanda ikinci hissənin əvvəlində
vurduğu qolla hesabda irəli çıxsa da, paytaxt təmsilçisi növbəti sensasiyaya
imkan vermədi – 1:1.
Milinko Pantiç, “Bakı” klubunun baş məşqçisi:
“Bu gün yaxşı oynadıq. Amma il boyu özünü biruzə verən çatışmazlıqlarımız var.
Futbolda möcüzələr olmur. Yaxud bir dəfə olur. Yaratdığımız qol epizodlarından
istifadə edə bilmədik. Elvin Məmmədovun oyununu xüsusilə qeyd etmək istəyirəm.
Futbolda çox qol vuran yekunda qalib olur. Fikrimcə, bu gün iki xal itirdik.
Növbəti mövsümdə bu çatışmazlıqların olmayacağına inanıram. Qarşıma Avroliqaya
vəsiqə qazanmaq məqsədi qoyulmayıb, bunu hamı bilir. Məndən komanda yaratmaq
istənib. Məni hələ 3 il də dözməli olacaqsınız”.
Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi:
“Nəticədən və oyundan razıyam. Bu gün ilk qolu vursaq da, sonradan rəqib
hesabı bərabərləşdirdi. İtkilərimiz var idi. Aleksandr Çertaqanov və Uğur
Pamukun olmamağı öz sözünü dedi. Sonda azarkeşlərə minnətdaram ki, bizi sona qədər
dəstəklədilər”.
|