![](uploads/tpl1.jpg) Topaz Premyer Liqasının 32-ci turunda AZAL doğma meydanda “Rəvan”la qarşılaşdı. Qarşılıqlı hücumlarla keçən oyunda qapılara qol vurulmadı - 0:0. Tərlan Əhmədov, AZAL klubunun baş məşqçisi: “Hər iki komanda
qalib gəlməyə çalışırdı. Son iki dövrədə komanda qələbə qazana bilməyib. Yalnız
iki səfər oyununda heç-heçə etmişik. Bugünkü oyunda 3 xalı qazanmaq istəyirdik.
İlk hissədə futbolçularda həyacan hiss olunurdu. İkinci hissədə isə komanda istədiyimiz
kimi oynadı. Hər iki komandanın qol imkanları oldu. Lakin təcrübəsizlikdən, və
ya çox istəkli olmaqdan qol vura bilmədik. Qarşıda “Simurq”la
oyunumuz var. Zədəli və cəzalı futbolçular qarşıdakı oyuna kimi sıraya
dönəcəklər. Laşa Kasradze bir hissəni zədəli şəkildə oynadı. Komanda əlindən gələni
etdi. Oyunumuz bizi bir az düşündürür”.
Güvenc Kurtar, “Rəvan” klubunun baş məşqçisi:
“Bizim üçün çox vacib oyun idi. Kubokda mübarizəni dayandırdıqdan sonra bütün
fikrimizi çempionata yönəltmişik. Qələbə qazanmaq istəyirdik, təəssüf ki,
alınmadı. Hər iki komandanın qol imkanları oldu. AZAL son zamanlar yaxşı çıxış
edir. Qarşımızda 4 oyun var, hamısında da qələbə qazanmaq üçün oynayacağıq.
Oyundan oyuna daha yaxşı çıxış edəcəyik. Hər iki komandanın futbolçularını göstərdikləri
oyuna görə təbrik edirəm. Rəqib bizim oyunu yaxşı öyrənmişdi. Sapelanın kubok
oyunundan sonra zədəsi var idi, Kamal Bayramovun da yaxşı oynadığını düşünürəm”.
|