![](uploads/qabalayeni.jpg) Azərbaycan
kubokunda mübarizə aparan “Qəbələ” klubu tarixində ilk dəfə olaraq finala vəsiqə qazanıb. Yarışın 1/2 final mərhələsində “Xəzər Lənkəran”la
qarşılaşan “Qəbələ” bu gün keçirilən cavab oyunundan sonra Azərbaycan kubokunun
finalında “Neftçi”yə rəqib olub – 1:1. Qeyd edək ki, bu komandalar arasında keçirilən
ilk oyun Yuri Syominin yetirmələrinin 3-0 hesablı qələbəsi ilə başa çatmışdı.
Yuri
Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “Finala çıxdıq. “Qəbələ” tarixində ilk
dəfə olaraq ölkə kubokunun finalında mübarizə aparacaq. Hər iki oyunda yaxşı oynadıq.
Nəticədən razı qaldım”.
Mustafa
Denizli, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Kubokla vidalaşdıq, bizim
üçün intihar etmək kimidir. Mövsümün ən baxımlı, sürətli başlanğıcını oynadıq.
Lakin buraxılan səhv qapımıza qolla nəticələndi. Oyunun əvvəlindən yüksək templə
oynamağımız nəticə versə idi, nəyəsə ümid edə bilərdik. Risk etməliydik, amma
alınmadı. Futbolçuları mən seçmişəm, heç kim “ bu və ya digər futbolçunu heyətə gətirməliyik”
sözünü mənə deməyib”.
|