28.07.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

Klublarımız Konfrans Liqasında: 2 qələbə, 1 məğlubiyyət

Slide 1

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı

Slide 1

Klublarımızın avrokuboklardakı potensial rəqibləri müəyyənləşib

Slide 1

Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirilib

Slide 1

2024/25 mövsümü Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimi

Slide 1

“Zirə” Avropa Liqası ilə vidalaşdı

Slide 1

II Liqada 14-cü komanda müəyyənləşdi

   “Neftçi” Azərbaycan kubokunun finalında      2014-04-24

Azərbaycan kubokunun ilk finalçısı məlum olub. 1/2 final mərhələsinin cavab qarşılaşmasında “Rəvan”ı 3-1 hesabı ilə məğlub edən “Neftçi” ölkə kubokunun finalına vəsiqə qazanıb.

Böyükağa Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Bu oyunu şərh etmək istəmirəm. “Neftçi” rəqibindən güclü oynadı. Qələbə qazanacağımızı gözləyirdik. İlk oyunda heç-heçə etdik, amma cavab oyununda qalib gəldik. Yaxşı oyun göstərdik, qol imkanlarından istifadə etdik, bir çox epizodlardan isə yararlana bilmədik. Rəqibə çempionatda uğurlar arzulayıram. Finaldakı rəqibimizi bu gün biləcəyik. Mövsümü titulsuz bitirmək istəmirik. Mövsüm sonunda cari çempionatda gördüklərim haqqında mətbuat konfransı təşkil edəcəm. Ola bilər ki, futbolla bitirim, yorulmadım, tükəndim. Araz Abdullayevlə bir neçə dəfə danışdıq, başa saldım ki, azarkeşə reaksiya vermək lazım deyil, yetişməkdə olan futbolçu üçün, bu, mənfi haldır. Bu gün Araz oyundan öncə azarkeşlərə yaxınlaşıb üzrxahlıq etdi. Məşqçi olmaqdan əlavə psixoloq olmaq lazımdır. Bura gələn dünya şöhrətli məşqçilər futbolumuzdan baş aça bilmirlər, çünki, mentalitetimizi bilmirlər. Yerli futbolçuları çox yaxşı tanıyıram. “Sumqayıt”la oyunda komanda yaxşı oynamadı, tənbeh olundular, istirahət günlərini əlindən aldım. Pis oyun taktikası yoxdur, pis ifaçılar var. Legioner məşqçilərə qarşı həssaslığım var, nəticələrim göz qabağındadır. Tahir Süleymanovun istefa verməyini stadionda eşitdim. “Neftçi” heç birimizə miras qalmayıb. Finalda rəqibimizin kimliyi vacib deyil, qalib gəlmək istəyirik”.

Güvenc Kurtar, “Rəvan” klubunun baş məşqçisi: ““Neftçi” klubunu qələbə ilə təbrik edirəm. Biz də finala çıxmaq istəyirdik, təəssüf ki, alınmadı. Baş məşqçinin bəhanəsi olmaz, amma əsas heyətin 5 yerli futbolçusundan ikisi cəzalı vəziyyətdə olduğu üçün oyun üslübumuza təsir etdi. Orxan və Cəmşidin olmaması öz sözünü dedi. Heç olmasa biri oynasa idi oyun başqa cür alınardı. İlk oyunda Hüseyn və Novruz Flavinyoya oynamağa imkan vermədi. Mərkəzdə Kamil Kopunek dayaq yarımmüdafiəçisi kimi çıxış etdi. Çox pis qollar buraxdıq, xüsusən də üçüncü qol inanılmaz idi. Hesab 1-2 olanda bir neçə real qol imkanından yararlana bilmədik. Futbolçularımız bacardıqlarının ən yaxşısını oynadılar. Bundan sonra bütün diqqətimizi Premyer Liqadakı son 5 oyunumuza yönəldəcəyik. Kuboku qazanacağımıza inanırdıq, ona görə çempionat oyunlarına çox fikir vermədik. Liqa və kubok oyunlarına fərqli heyətlərlə çıxdıq. Qarşıdakı oyunlarda daha yaxşı oynayacağımıza və məğlub olmayacağımıza inanıram. Lukaş Sapelanın buraxdığı qollara heç nə demirəm, hər futbolçu səhv edə bilər. Məğlubiyyətdə günahkar məşqçi olur. Oke Akpovete oyunun gedişini dəyişə biləcək oyunçudur, lakin bu gün çox pis oynadı. Standart vəziyyətlərdə çox səhvlər buraxdıq. Üç ay ərzində bunun üzərində işləsək də, istifadə edə bilmədik, futbolçulardan ancaq buna görə narazıyam”.


   Turnir cədvəli
1 Araz-Naxçıvan 0 0
2 Qarabağ 0 0
3 Kəpəz 0 0
4 Neftçi 0 0
5 Sabah 0 0
6 Səbail 0 0
7 Sumqayıt 0 0
8 Şamaxı 0 0
9 Turan Tovuz 0 0
10 Zirə 0 0
Ətraflı
1 Qəbələ 0 0
2 Zaqatala 0 0
3 MOİK 0 0
4 Qaradağ Lökbatan 0 0
5 Mingəçevir 0 0
6 İmişli 0 0
7 Baku Sportinq 0 0
8 Difai Ağsu 0 0
9 Cəbrayıl 0 0
10 Karvan 0 0
Ətraflı
Xəbər arxivi
« İyul 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 2728
29 30 3101020304
05060708091011
Press reliz
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
2023/2024
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: