![](uploads/tpl1.jpg) Topaz
Premyer Liqasının 31-ci turuna “Xəzər Lənkəran” – AZAL oyunu ilə yekun vuruldu.
Hərəyə bir dəfə fərqlənən tərəflər 1-1 hesablı heç-heçəyə imza atdı.
Tərlan
Əhmədov, AZAL klubunun baş məşqçisi: “Oyun mübarizə şəraitində keçdi. İlk hissədə
sönük oyun oldu. Təbii ot örtüyündə oynamaq bizim üçün çətindir. İkinci hissədə
daha çox mübarizə oldu, hər iki komanda qalib gələ bilərdi. Qarşımızda duran məqsəd
yaxşı oyun göstərmək və qalib gəlmək idi. “Xəzər Lənkəran” kimi iddialı klubla
oyunda səfərdə 1 xal qazanmaq da pis deyil. Futbolçularıma mübarizəyə görə təşəkkür
edirəm. Topa daha çox nəzarət etməyə çalışırdıq. Heç-heçəni oyuna görə ədalətli
nəticə hesab edirəm. Əsas heyətin 5 futbolçusu bu gün yox idi. Digər
futbolçular onları layiqincə əvəzlədi”.
Mustafa
Denizli, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Maraqlı oyun oldu, komandanın
oyunundan, mübarizə əzmindən məmnun qaldım. Qalib gələ biləcəyimiz oyun idi. Ciddi
qol imkanlarımız oldu. Rəqib bir neçə imkan yaratdı, onlardan birində qapımızda
qol gördük. Komanda şəklində müdafiə olunduqda sadə qollar buraxırıq, bu, məni
narahat edir. Futbolçuların qazanmaq istəyi məni ümidləndirdi, səhvlər həmişə
olur. Bütün fikrimizi kubokun cavab oyununa yönəldəcəyik”.
|