![](uploads/neftci-baki.jpg) Unibank Premyer Liqasının 27-ci turunda “Neftçi” “Bakı”nı
qəbul etdi. Paytaxt derbisində qələbə qazanan son çempion “Neftçi” ən yaxın izləyicisi
“Xəzər Lənkəran”la xal fərqini altıya çatdırdı – 2:1.
Novruz Əzimov, “Bakı” klubunun baş məşqçisi: “Bizim üçün əhəmiyyətli
oyun idi. Bəlkə də, bu, futbolçular üzərində psixoloji təsur yaratdı. İlk hissəsdə
qol imkanlarımız, demək olar ki, olmadı, “Neftçi”nin bir qolu qapı dirəyindən
döndü. İkinci hissədə isə “Neftçi”nin ikinci qolu Bahodir Nasimovun yüksək fərdi
ustalığı və futbolçularımızın diqqətsizliyi nəticəsində vuruldu. Bu cür
oyunlardan dərs almalıyıq. Bir az da vaxtımız olsa idi hesabı bərabərləşdirə
bilərdik. Çempionatda çox ağır vəziyyətə düşdük”.
Böyükağa Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “İstədiyimiz
nəticəni əldə edik, 3 xal bizə hava-su kimi lazım idi. Hesab 2-0 olandan sonra heyətdə
3 dəyişiklik etdim. Bu da oyunumuza təsirsiz ötüşmədi. Dirəyə dəyən top da qol
olsaydı, böyük hesablı qələbə qazanardıq. Yolumuza davam edirik”.
|