![](uploads/simurqyeniloqo.jpg) Topaz
Premyer Liqasının 31-ci turunda “Simurq” doğma meydanda “Qarabağ”ı qəbul etdi.
Çempionatının lideri ilə qarşılaşmada Zaqatala təmsilçisi minimal hesablı qələbə
qazandı – 1:0.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: ”Oyun
haqqında deyiləsi o qədər də çox fikir yoxdur. Desəm ki, “Simurq”, yaxud da biz
güclü oynadıq, düz çıxmaz. Sadəcə olaraq, bir standart vəziyyətdən
yararlandılar. Bir neçə gün öncə bu oyuna görə narahat idim. Məğlub olmağı haqq
edirdik. Qarşıdakı oyuna hazırlaşmaq lazımdır. Suni ot örtüyü və hava şəraiti,
istər-istəməz, oyuna təsir etdi. Amma, bu, məğlubiyyətin səbəbi olmadı. Rəqib
komandanı təbrik edir, qarşıdakı oyunlarda uğurlar arzu edirəm”.
Georgi Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Bu gün qələbə
bizə çox lazım idi. Çünki, psixoloji durumumuzu düzəltməliydik. Çox üstün oyun
nümayiş etdirdiyimizi demək olmaz. Buna baxmayaraq, oyunu müdafiədən qurub, rəqibi
əks-hüçumlarda yaxalamaq istəyirdik. Standart vəziyyətdən sonra qolu vurduq. Qələbəyə
görə uşaqları təbrik edirəm. Praktiki cəhətdən çətin olsa da, nəzəri cəhətdən Avroliqaya
vəsiqə qazanmağa şansımız var. Bütün oyunlarda qələbə qazanmağa çalışacağıq”.
|