![](uploads/qabalayeni.jpg) Topaz
Premyer Liqasının 31-ci turunda “Qəbələ” səfərdə “Rəvan”la qarşılaşdı. Rəqibini
2-1 hesabı ilə məğlub edən əyalət təmsilçisi turnir cədvəlində mövqeyini möhkəmləndirdi.
Yuri
Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “İlk hissədə oyunumuz yaxşı alındı. İki
qol vurduq. İkinci hissədə isə oyunumuz yaxşı alınmadı. Topu özümüzdə daha çox
saxlamağa çalışdıq, nəticədə qapımızda qol gördük”.
Güvenc
Kurtar, “Rəvan” klubunun baş məşqçisi: “Məğlub olduq, amma, bu, indiyədək
oynadığımız ən yaxşı oyun idi. Bir neçə qol imkanını boşa verdik. Kubokun cavab
oyununu düşünərək bəzi futbolçulara istirahət verdim. Yaxşı oyuna görə
komandamın hər bir oyunçusunu təbrik edirəm”.
|