![](uploads/turan-kapaz.jpg) Unibank
Premyer Liqasının 27-ci turunda “Turan” “Kəpəz”i qəbul etdi. Rəqibini 2:0
hesabı ilə məğlub edən Tovuz təmsilçisi “qərb derbi”sinin qalibi oldu – 2:0.
Fuad
İsmayılov, “Kəpəz” klubunun baş məşqçisi: “Oyuna yaxşı hazırlaşmışdıq. Erkən
qol buraxmağımız komandanı ruhdan saldı. İkinci hissədə isə komanda özünə gələ
bilmədi”.
Əsgər
Abdullayev, “Turan” klubunun baş məşqçisi: “İlk hissədə hücum futbolu oynadıq.
Fasilədən sonra isə müdafiəyə çəkildik. Rəqibimiz ikinci hissədə çox yaxşı
oynadı, bir neçə qol imkanından istifadə edə bilmədi. Bizim üçün üç xalı
qazanmaq vacib idi”.
|