![](http://www.pfl.az/uploads/pfl.jpg) İntizam
Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:
Topaz Premyer Liqasının XXX turunun
“İnter” – “Neftçi” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı
üçün klub 1000 manat cərimə olunur (maddə
40).
Topaz Premyer Liqasının XXX turunun
“Bakı” – “Xəzər Lənkəran” matçının 62-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun
27 №-li futbolçusu Adrian Skarlatake idmançıya yaraşmayan hərəkətə görə ikinci
sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır,
klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun 90+2-ci dəqiqəsində “Bakı” klubunun azarkeşləri
tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur
(maddə 52).
Oyun başa çatdıqdan sonra “Xəzər Lənkəran” klubunun
mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu hakimləri təhqir etdiyinə görə 5
oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur (maddə 42.4).
Topaz Premyer Liqasının XXX turunun “Qarabağ” – “Rəvan”
matçının 89-cu dəqiqəsində “Rəvan” klubunun 16 №-li futbolçusu Orxan Lalayev
idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasının XXX turunun “Qəbələ”
– AZAL matçında AZAL klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün
klub 1000 manat cərimə olunur (maddə
40).
Əvəzedici heyətlərin XXX turunun “Qəbələ”
– AZAL matçının 45-ci dəqiqəsində “Qəbələ” klubunun 44 №-li futbolçusu Ramazan
Həsənov idmançıya yaraşmayan hərəkətə
görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1
oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Oyunun 90+4-cü dəqiqəsində AZAL
klubunun 25 №-li futbolçusu Adil Nağıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin XXX turunun
“İnter” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı
üçün klub 500 manat cərimə olunur (maddə
40).
Əvəzedici heyətlərin XXX turunun
“Bakı” – “Xəzər Lənkəran” matçının 59-cu dəqiqəsində “Bakı” klubunun 19 №-li
futbolçusu Elşən Rzazadə idmançıya
yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin XXX turunun
“Qarabağ” – “Rəvan” matçının 90+1-ci dəqiqəsində “Rəvan” klubunun 16 №-li
futbolçusu İmran Təhmirazlı hakimi təhqir
etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün
futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.3).
Azərbaycan I Divizionunun XXV turunun
“Energetik” – “Ağsu” matçında “Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə
cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 30-cu dəqiqəsində “Energetik”
klubunun baş məşqşisi Sahib Qocayev texniki zona qaydalarını pozduğuna görə
meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə
olunur (maddə 62).
Azərbaycan I Divizionunun XXV turunun
MOİK – “Qaradağ Lökbatan” matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı
üçün klub 100 manat cərimə olunur (maddə
40).
Oyunun 83-cü dəqiqəsində MOİK klubunun
15 №-li futbolçusu Azad Kərimov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400
manat cərimə olunur (maddə 38.3).
Oyunun 83-cü dəqiqəsində “Qaradağ
Lökbatan” klubunun 9 №-li futbolçusu Mehdi Mehdiyev idmançıya yaraşmayan hərəkətə
görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1
oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Azərbaycan I Divizionunun XXV turunun
“Lokomotiv” – “Araz Naxçıvan” matçında “Araz Naxçıvan” klubunun 4 futbolçusu
sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 33-cü dəqiqəsində “Lokomotiv”
klubunun 18 №-li futbolçusu Kənan Cəfərov kobud oyuna görə birbaşa qırmızı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200
manat cərimə olunur (maddə 37.1).
Oyunun 68-ci dəqiqəsində “Araz
Naxçıvan” klubunun 2 №-li futbolçusu Aleksandr Kurtskeviç sonuncu ümid fouluna
görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1
oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Azərbaycan I Divizionunun XXV turunun “Kəpəz”
– “Göyəzən” matçının 41-ci dəqiqəsində “Kəpəz” klubunun 8 №-li futbolçusu Şərif
Həsənovla “Göyəzən” klubunun 2 №-li futbolçusu İbrahim Hacıyev biri-birini təhqir
etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün
futbolçular 3 oyunluq cəzalanır, hər iki
klub 200 manat cərimə olunur (maddə
42.1).
Azərbaycan I Divizionunun XXV turunun
“Bakılı” – “Turan-T” matçının 40-cı dəqiqəsində “Turan-T” klubunun 12 №-li
futbolçusu Mehman Hacıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20
manat cərimə olunur (maddə 48).
Qeyd: İntizam Komitəsinin 08.04.2014-cü
il tarixli iclasında “Bakılı” klubu I Divizionun “Şahdağ” – “Bakılı” matçında
iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilmiş, lakin
pul cəriməsi göstərilməmişdir. Bu səbəbdən də İntizam qaydalarına uyğun olaraq
klub 500 manat cərimə olunur.
|