![](uploads/azkubokyeni.jpg) Bu həftə keçiriləcək oyunlarla Azərbaycan kubokunda yarımfinal mərhələsinə start
verilir. Final iddiasında olan klublar artıq çərşənbə günü ilk oyunlarına çıxacaq. Paytaxt
derbisində üz-üzə gələcək “Neftçi” və “Rəvan” tarixləri ərzində ilk dəfə kubokda görüşəcək.
“Qəbələ” və “Xəzər Lənkəran” isə əvvəllər də bu yarışda qarşılaşıb. Peşəkar
Futbol Liqasının rəsmi internet saytı üz-üzə gələn cütlərin kubok yarışları
tarixindəki oyunlarının balansını təqdim edir.
Azərbaycan kuboku, 1/2 final
16 aprel
17.
“Neftçi” – “Rəvan”: indiyədək görüşməyiblər
18.
“Qəbələ” – “Xəzər Lənkəran” +0=1-1, top fərqi 2:4
6 il əvvəl də əyalət klublarının yolları
yarımfinalda kəsişmişdi. Həmin vaxt hər iki oyunda tərəflər qol sevinci
yaşamışdı. İlk oyunda səfər qələbəsi əldə edən “Xəzər Lənkəran” 6 il əvvəl
finala çıxıb və sonda kuboku başı üzərinə qaldırmışdı.
2007/08
|
1/2 final
|
Qəbələ - Xəzər Lənkəran
|
1:3, 1:1
|
|