![](uploads/qarabagyeni.jpg) Topaz Premyer Liqasının 30-cu turunda “Qarabağ”
öz meydanında “Rəvan”ı qəbul etdi. Rəqibini 5-1 hesabı ilə məğlub edən
ağdamlılar ən yaxın izləyiciləri ilə xal fərqini 13-ə çatdırdı.
Güvenc Kurtar, “Rəvan” klubunun baş məşqçisi: “Məğlub
olduqdan sonra danışmaq çətindir. Hər iki komanda oyuna yaxşı başladı. Bizim 3
qol epizodumuz oldu, rəqibin isə iki. “Qarabağ” qol vura bildi, biz isə
bacarmadıq. Müdafiədə 6-7 futbolçu ilə oynamağımıza baxmayaraq, böyük hesabla məğlub
olduq. Bütün fikrimi kubok oyununa yönəltmişəm. Kubokda da belə oynasaq nəticə
qazana bilmərik. Artıq dünəndən komanda bir yerdədir, kubok oyununa ciddi
hazırlaşacağıq. Həm Lukaş Sapela, həm də Kamal Bayramov yaxşı qapıçıdırlar.
Qarşıdakı oyunda hansına şans verəcəyimi indidən deyə bilmirəm.”.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi:
“Ən vacib üç xalımızı qazandıq. Mütləq qələbə qazanmalı idik. İrəlidə çox güclü
rəqiblərə qarşı oynayacağıq. Oyunda sürət, yüksək temp var idi. Yaxşı oyun və
yaxşı qələbə oldu. Azarkeşlərimiz möhtəşəm idi, sona kimi bizi dəstəklədilər.
Qarşıda çətin səfər oyunumuz var, maksimum nəticə əldə etməyə çalışacağıq”.
|