![](uploads/tpl1.jpg) Topaz Premyer Liqasının 30-cu turunda “Simurq” Sumqayıtda
eyniadlı komanda ilə qarşılaşdı. Hərəyə bir dəfə fərqlənən tərəflər xalları
yarı böldü – 1:1.
Georgi Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Oyun
ağır keçdi. İkinci hissədə qol vursaq da, sevincimiz uzun çəkmədi. Rəqib hesabı
bərabərləşdirdikdən sonra bir neçə təhlükəli qol epizodu yaratdıq, lakin
bunlardan istifadə edə bilmədik”.
Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Bizim
üçün vacib oyun idi. Qələbə qazanmaq üçün meydana çıxmışdıq. Komanda istədiyimz
oyunu göstərmədi, uşaqlardan razı qalmadım”.
|