İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib: Topaz Premyer Liqasının XXIX turunun “Xəzər Lənkəran” – “Qəbələ” matçında
“Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat
cərimə olunur (maddə 40).
Topaz Premyer
Liqasının XXIX turunun “Neftçi” – “Bakı” matçının 2, 42, 49, 80-cı dəqiqələrində
“Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə
edildiyi üçün klub 1000 manat cərimə olunur (maddə 52).
Topaz Premyer Liqasının XXIX turunun “Rəvan” – “Sumqayıt” matçında
stadionda PFL və Respect bayraqları asılmadığı üçün meydan sahibi klub 1000
manat cərimə olunur (maddə 68).
Əvəzedici heyətlərin XXIX
turunun “Rəvan” – “Sumqayıt” matçının 89-cu dəqiqəsində “Rəvan” klubunun 30 №-li
futbolçusu Nihad Əmirli idmançıya
yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Azərbaycan I Divizionunun XXIV turunun
“Araz Naxçıvan” – “Neftçala” matçının 16-cı dəqiqəsində “Araz Naxçıvan”
klubunun 17 №-li futbolçusu Bəxtiyar Soltanov aqressiv oyuna görə birbaşa
qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır,
klub 400 manat cərimə olunur (maddə 38.3).
Azərbaycan I Divizionunun XXIV
“Şahdağ” – “Bakılı” matçında “Bakılı” klubu iştirak etmədiyi üçün kluba 0:3
hesablı texniki məğlubiyyət verilir (maddə
56).
Azərbaycan I Divizionunun XXIV turunun
“Mil-Muğan” – “Turan-T” matçının 85-ci dəqiqəsində “Mil-Muğan” klubunun 18 №-li
futbolçusu Elşən Hacıyev aqressiv oyuna
görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4
oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 38.3).
|