![](uploads/evezediciinterrekord.jpg) “İnter”in əvəzedici komandası Azərbaycan rekorduna
imza atıb. Bakılılar “Simurq”u 6:0 hesabı ilə məğlub edərək mövsümdə vurduğu
qolların sayını 82-yə çatdırıb. İndiyədək əvəzedicilərin ölkə birinciliyində heç
bir komanda bu qədər qol vurmamışdı. 1997/98 mövsümündə keçirilən və 2008/09
mövsümündən etibarən bərpa olunan yarışların rekordu bunadək də “İnter”ə məxsus
idi. Bakılılar 2009/10 mövsümündə 32 oyuna 81 qol vurmuşdu. Həmin rekordunu 1
top yaxşılaşdıran paytaxt təmsilçisi mövsümün son 7 oyununda nailiyyətini daha
da artıra bilər.
Qeyd edək ki, 2010/11 mövsümündə “Bakı” 78 qol (32
oyun), 2011/12 mövsümündə “Neftçi” 73 qol (32 oyun) vurmaqla məhsuldarlıqda ilk
“dördlük”də yer alıb.
|