![](uploads/rahid200oyun.jpg) “Xəzər Lənkəran”ın futbolçusu Rahid Əmirquliyev eyni komandanın heyətində
200 və daha çox oyun keçirənlərin siyahısına daxil olub. Topaz Premyer
Liqasının 29-cu turunun “Qəbələ” ilə ev matçında yubiley oyununu keçirən yarımmüdafiəçi
buna nail olan 13-cü futbolçudur. Cənub təmsilçisinə qədər yalnız Qusar “Şahdağ”ında
çıxış etmiş Rahid 2006/07 mövsümündə debüt etdiyi “Xəzər Lənkəran”da 200-ə
çatan ilk futbolçudur. “Qarabağ”la “Turan”da hamıdan çox – 4, “Viləş”də 2,
AZAL-la “İnter”in 1 belə oyunçusu olub. Eyni klubda keçirilən çempionat
matçlarının sayında mütləq rekord “Qarabağ”ın 268 oyununda forma geyən Aslan Kərimova
məxsusdur – 268 oyun.
1
|
Aslan
Kərimov
|
Qarabağ (Ağdam)
|
268
|
2
|
Sakit
Alıyev
|
Turan (Tovuz)
|
248
|
3
|
Müşfiq
Hüseynov
|
Qarabağ (Ağdam)
|
244
|
4
|
Nizami
Sadıqov
|
Turan (Tovuz)
|
237
|
5
|
Səttar
Əliyev
|
Qarabağ (Ağdam)
|
230
|
6
|
Yaşar
Hüseynov
|
Qarabağ (Ağdam)
|
226
|
7
|
Müşfiq
Vəliyev
|
Viləş (Masallı)
|
221
|
8
|
Alay
Bəhramov
|
Viləş (Masallı)
|
220
|
9-10
|
Usim
Nduka
|
AZAL (Bakı)
|
208
|
|
Eltay
Aslanov
|
Turan (Tovuz)
|
208
|
11
|
Vladimir
Levin
|
İnter (Bakı)
|
205
|
12
|
Nadir
Nəbiyev
|
Turan (Tovuz)
|
204
|
13
|
Rahid Əmirquliyev
|
Xəzər Lənkəran
|
200
|
|