![](uploads/29simurqinter.jpg) Topaz Premyer Liqasının 29-cu turunda Zaqatalaya səfər edən “İnter” yerli “Simurq”la oyunda minimal hesablı qələbə qazandı - 1:0. Bu qələbədən sonra paytaxt təmsilçisi turnir cədvəlinin üçüncü pilləsində möhkəmləndi. Kaxaber
Sxadadze. “İnter” klubunun baş məşqçisi: “Vacib 3 xalı qazandıq. Mövsüm sona
yaxınlaşdıqca futbolçuların psixoloji hazırlığı ön plana keçir. “Simurq” bizdən
fərqli olaraq daha sərbəst oynayırdı, turnir cədvəlindəki mövqeyi buna imkan verirdi.
Bundan irəli gələrək ilk hissədə hücumlarımız kəsərli olmadı. Top itikilərinə
yol verirdik. Sona yaxın isə nəticəyə oynamalı idik. Bu oyunda da vacib qələbə
qazandıq. Mükafatçıların son turlarda müəyyən olunacağını düşünürəm. Komandama oyuna
və qələbəyə görə təşəkkür edirəm. İlk 6 turdan sonra turnir cədvəlində son pillədə idik. “Qəbələ”
bizi çox qabaqlayırdı, indi isə biz onları 7 xal qabaqlayırıq. Komandamız böyük
iş görüb. Qarşıdakı 7 oyunda lazımi nəticə ala bilməsək bu uğurun mənası
qalmayacaq. Bundan sonra bizə daha çətin olacaq. “İnter” həmişə funksional
baxımdan yaxşı vəziyyətdə olub, əsas futbolçuların psixoloji hazırlığı ilə məşğul
olacam”.
Georgi
Çixradze, “Simurq” klubunun baş məşqçisi: “İki fərqli hissə oldu. İlk hissədə bərabər
oyun getdi. İkinci hissədə isə rəqib bizdən daha aktiv oynadı. Buraxdığımız səhvdən
“İnter” qol vurdu. Rəqib bizdən daha istəkli idi. Polyakın əvəzlənməsi zədə
alması ilə bağlı idi”.
|