![](uploads/xezer.jpg) Topaz Premyer Liqasının 29-cu turunda “Xəzər Lənkəran” doğma
meydanda “Qəbələ” ilə qarşılaşdı. Azərbaycan kubokunun yarımfinalında da
bir-birinə rəqib olan komandaların bu dəfəki duelindən cənub təmsilçisi qalib ayrıldı –
1:0.
Yuri Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “Ağır oyun
oldu. Oyun ərzində bir səhv buraxdıq, onda da qapımızda qol gördük. Oyunçular
çox hirslidir. Üst-üstə məğlubiyyətlər alırıq”.
Mustafa Denizli, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Çətin
oyun idi. “Qəbələ” güclü rəqibdir, kubokda da qarşılaşacağıq. Bizim üçün kubok
oyunu da çətin olacaq. “Qəbələ” hesabı bərabərləşdirmək üçün son dəqiqələrdə irəli
atıldı. Hesab arasındakı fərq daha çox ola bilərdi. Qarşıda “Bakı” ilə oyunumuz
var. Ondan sonra kubok oyununa hazırlaşacağıq”.
|