![](uploads/qarabagyeni.jpg) Topaz
Premyer Liqasının 29-cu turunda AZAL-la qarşılaşan “Qarabağ” rəqibini 2-0
hesabı ilə məğlub etdi. Ağdam təmsilçisi mövsümdə 19-cu qələbəsini, Reynaldo isə
18-ci qolunu rəsmiləşdirdi.
Qurban Qurbanov, “Qarabağ”
klubunun baş məşqçisi: “Oyun sönük keçdi, buna baxmayaraq, vacib 3 xal qazandıq.
Bu gün AZAL bizim üçün tanış olmayan rəqibdir, oyunda sürpriz nəticə də ola bilərdi. Gələcəkdə Tərlan Əhmədovun rəhbərliyi altında öz oyun üslubu olacaq. Hesabda geridə olmalarına
baxmayaraq, oyun intizamını pozmadılar. Tərlan Əhmədovun AZAL-a baş məşqçi təyin olunmasına sevindim, ona uğurlar arzulayıram. Azarkeşlərimizə dəstəyə görə təşəkkür edirəm. Bakının mərkəzindən bir az uzaqda oynasaq da, oyuna gəldilər. Legioner limitinə görə bu gün əsas heyətdə Vüqara şans verdim. Həm Vüqara, həm də Leroya şans verməyə çalışıram. Hələ çempionluqdan danışmaq tezdir. Qarşıda 7 oyun var, bu da 21 xal
edir. Əvvəlcədən proqnoz verməyi xoşlamıram”.
Tərlan Əhmədov, AZAL klubunun baş məşqçisi: “Hər oyuna qələbə üçün çıxırıq.
Oyunçuları bacardığımız qədər qol vurmağa kökləmişdik. Qol imkanlarımız da var
idi. Amma təcrübəsizlik öz sözünü dedi. "Qarabağ" da çətin rəqibdir.
Boş bir yer tapa bilmirdik ki, həmin yerdən istifadə edək. Oyunun gedişini dəyişə bilən oyunçumuz yoxdur. Cavid yorulmuşdu, onu kimlə əvəzləyəcəyimizi bilmirdik. Komandanın oyununda irəliləyiş
var. Mən hücum futbolu oynayıram, bu materialla oyun udmaq çətindir”.
|