![](uploads/tpl1.jpg) Topaz Premyer Liqasının 29-cu turunda “Rəvan” “Bayıl Arena”da
“Sumqayıt”ı qəbul etdi. Hərəyə bir dəfə fərqlənən tərəflər yekunda 1-1 hesablı
heç-heçəyə nail oldu.
Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Maraqlı
oyun oldu. İki fərqli hissə izlədik. İlk hissə bizim üstünlüyümüzlə keçdi.
İkinci hissədə əks-hücumda oynamaq istədik, amma alınmadı. Rəqib bizi müdafiəyə
çəkilməyə məcbur etdi. Andrey Popoviç AZAL-la oyunun qəhrəmanı idi, bu oyunun isə
anti-qəhrəmanı oldu. Futbolda belə də olur”.
Güvenc Kurtar, “Rəvan” klubunun baş məşqçisi: “Oyuna yaxşı
başladıq. Lakin ilk 10 dəqiqədən sonra rəqib çox yaxşı oynadı. İlk hissədə bir şey
edə bilmədik, amma 2-ci hissədə üstün oynadıq. 2-ci hissədəki oyunla
qalib gəlməli idik, təəssüf ki, alınmadı. Bir neçə qol epizodundan istifadə edə
bilmədik. Oynamayan futbolçulara şans verirəm
ki, lazımi idman formasına düşsünlər. Bu tempə alışmaq lazımdır. Futbolçu həftədə
iki oyun oynamalıdır ki, daha sürətli tempdə oynasın”.
|