Topaz Premyer Liqasının XXVI turunun “Neftçi” – AZAL matçının 14-cü dəqiqəsində
“Neftçi” klubunun azarkeşləri tərəfindən protexniki vasitələrin istifadə edildiyi
üçün klub 1000 manat cərimə olunur (maddə
52).
Əvəzedici heyətlərin XXVI
turunun “Simurq” – “Rəvan” matçında “Rəvan” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün
klub 500 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin XXVI
turunun “Neftçi” – AZAL matçında “Neftçi” klubunun 5, AZAL klubunun 4
futbolçusu sarı vərəqə ilə cəzalandığı
üçün klublar 500 manat cərimə olunur (maddə
40).
Əvəzedici heyətlərin XXVI
turunun “İnter” – “Qarabağ” matçında “İnter” klubunun 5 futbolçusu sarı vərəqə
ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Oyunun 87-ci dəqiqəsində “Qarabağ” klubunun
23 №-li futbolçusu Tural İsgəndərov idmançıya yaraşmayan hərəkətə görə ikinci
sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır,
klub 100 manat cərimə olunur (maddə 48).
Azərbaycan
I Divizionunun XXI turunun “Lokomotiv” – “Mil-Muğan” matçında “Lokomotiv” klubunun
5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyun başa çatdıqdan sonra “Mil-Muğan”
klubunun baş məşqçisi Mətləb Məmmədov və məşqçisi Səbuhi Məmmədov hakimləri təhqir
etdiyinə və onlara fiziki təsir göstərməyə
cəhd etdiyinə görə hər iki məşqçi 10 oyunluq cəzalanır, klub 2000 manat cərimə
olunur. Cəza müddəti dövründə adıçəkilən məşqçilərin “Mil-Muğan” klubunun iştirakı ilə keçirilən
matçlarda stadiona girişinə qadağa qoyulur
(maddə 38, maddə 10.1).
Azərbaycan
I Divizionunun XXI turunun “Neftçala” –
“Qaradağ Lökbatan” matçında hər iki klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı
üçün klub 100 manat cərimə olunur (maddə
40).
Oyunun 19-cu dəqiqəsində “Qaradağ Lökbatan”
klubunun prezidenti Tahir Mustafayev hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanır,
klub 500 manat cərimə olunur (maddə 42.4).
Oyunun 90+3-cü dəqiqəsində “Neftçala” klubunun 5 №-li futbolçusu Musa Rəhimov rəqibi təhqir etdiyinə görə
birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3
oyunluq cəzalanır, klub 200 manat cərimə olunur
(maddə 42.1).
Oyunun 90+3-cü dəqiqəsində “Qaradağ
Lökbatan” klubunun məşqçisi Nasim Əhmədov
texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlşadırıldığı üçün 1
oyunluq cəzalanır, klub 100 manat cərimə olunur
(maddə 62).
Azərbaycan
I Divizionunun XXI turunun “Ağsu” –
“Turan-T” matçında “Ağsu” klubunun 4
futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur
(maddə 40).
Oyunun 7-ci dəqiqəsində “Turan-T” klubunun
12 №-li futbolçusu Mehman Hacıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20
manat cərimə olunur (maddə 48).
Azərbaycan
I Divizionunun XXI turunun “Bakılı” –
“Karvan” matçında “Bakılı” klubunun 4
futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur
(maddə 40).
Oyunun 85-ci dəqiqəsində “Bakılı” klubunun
94 №-li futbolçusu Elvin İsmayılov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı
vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır,
klub 200 manat cərimə olunur (maddə 42.3).